Qusar Rayon Polis Şöbəsinin əməkdaşları 2 saylı məktəbin kollektivi ilə görüşərək erkən nikah və narkomaniyanın yaratdığı real təhlükələrdən danışıblar.
Şagirdlərə bildirilib ki, erkən nikah gənclərin təhsil və inkişaf imkanlarını məhdudlaşdıran ciddi bir sosial problemdir. Narkomaniya isə insan həyatını səssiz şəkildə məhv edən təhlükəli asılılıqdır.
Polis əməkdaşları gəncləri sağlam seçimlər etməyə, həyatlarını riskə atacaq addımlardan uzaq durmağa və çətinliklər qarşısında polisdən dəstək almağa çağırıblar.
Tədbirdə, həmçinin Polis Akademiyası barədə də məlumat verilib. Qeyd olunub ki, Akademiya ölkənin daxili işlər orqanları üçün peşəkar kadrlar hazırlayan nüfuzlu təhsil ocağıdır. Burada hüquq sahəsi, xidmət hazırlığı və müasir təhlükəsizlik standartları üzrə yüksək səviyyəli tədris həyata keçirilir.
Görüşün sonunda mövzular ətrafında şagirdlərin sualları cavablandırılıb.
102info.az
