Gələcəyimizə Zərbə Vuran Təhlükələrə “Yox!”

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları 6 saylı tam orta məktəbdə narkomaniya və erkən nikahın fəsadlarına həsr olunmuş maarifləndirici tədbir keçiriblər.

Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Samir Məcidov gənclərə dərin və təsirli mesaj ünvanlayıb:
Bir siqaretlə başlayan vərdiş, bir ömürlük peşmançılığa çevrilməsin! Təhsilinizi, arzularınızı, gələcəyinizi heç nəyə qurban verməyin!

Görüşdə vurğulanıb ki, sağlam düşüncə – güclü gələcək, təhsil – azadlığın açarı, narkotik və erkən nikah isə bu gələcəyin düşmənidir.

Tədbirdə həmçinin DİN-in Polis Akademiyası barədə ətraflı məlumat verilərək, oradakı şərait və üstün imkanlar məktəblilərin diqqətinə çatdırılıb.

Tədbirin məqsədi gənclərdə məsuliyyət hissini gücləndirmək, onlara həyatın dəyərini anlatmaq və hər bir gəncin içindəki gücü oyatmaq olub.

Unutma: Gələcək sənin əlindədir – bir seçim, bir qərar, bir həyat!

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir