Qaradağ və Nəsimi rayonlarında silah-sursat aşkarlandı

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Qaradağ və Nəsimi rayonlarında silah-sursat aşkarlandı.

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində işlər davam etdirilir.

Növbəti profilaktik tədbirlər nəticəsində Nəsimi rayonu ərazisində 2 şəxs 1 avtomat silahı, 1 tapança, 1 patron darağı və 20 patronu könüllü polisə təhvil veriblər.

Bundan başqa Qaradağ rayonu ərazisində polis əməkdaşları tərəfindən bir avtomat silahı tapılaraq götürülüb.

Araşdırmalar aparılır.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir