Millətə sədaqət nümunəsi — Anar Ələkbərovun doğum gününə həsr olunur

Baş səhifə

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru, Heydər Əliyev Fondunun icraçı direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti, millətimizə dəyərli xidmətlər göstərən Anar Ələkbərov cənablarını doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Anar Ələkbərov təkcə yüksək dövlət vəzifələrini layiqincə icra edən bir şəxs deyil, eyni zamanda millətinə, dövlətinə və gəncliyə ürəkdən bağlı olan nüfuzlu ziyalı, xeyirxah və örnək bir insandır. Samux torpağında dünyaya göz açan Anar müəllim, həyat yolunda qətiyyətlə irəliləyərək, bilik və zəhməti ilə öz sözünü demiş, dövlətimizin inkişafına dəyərli töhfələr vermişdir.

O, Qərb Universitetində aldığı ali təhsili ilə müasir idarəetmə və beynəlxalq iqtisadi münasibətlər sahəsində dərin biliklərə yiyələnmiş, bu potensialını isə Heydər Əliyev Fondunun icraçı direktoru kimi illərdir həyata keçirdiyi layihələrlə sübut etmişdir. Onun rəhbərliyi ilə Fond təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da humanitar, sosial, təhsil və mədəniyyət sahələrində mühüm layihələrə imza atmışdır.

Anar Ələkbərovun gördüyü işlər, ölkələrarası münasibətlərin inkişafına verdiyi töhfələr də diqqətdən yayınmamış, o, Fransanın “İncəsənət və ədəbiyyat ordeni”, Macarıstanın “Komandor xaç” ordeni kimi ali mükafatlara layiq görülmüşdür. Bu təltiflər onun şəxsiyyətinə və fəaliyyətinə beynəlxalq səviyyədə verilən dəyərin göstəricisidir.

Onun müəllifi olduğu “Mehriban Əliyeva — xeyirxahlıq və ümid mücəssəməsi” məqaləsi və “Mehriban” adlı kitabı da Azərbaycan cəmiyyətinə mənəvi töhfədir. Bu əsərlər sadəcə yazılı sənəd deyil, həm də ictimai şüura ünvanlanan bir çağırışdır — xeyirxahlığa, mərhəmətə və insan sevgisinə çağırış.

2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunması isə Anar Ələkbərovun dövlətə və cəmiyyətə göstərdiyi misilsiz xidmətlərin, peşəkarlığının və sadiqliyinin bariz nümunəsidir.

Bu əlamətdar gündə Anar Ələkbərov cənabına möhkəm can sağlığı, ailə səadəti, dövlətimiz və xalqımız naminə gördüyü işlərdə davamlı uğurlar arzulayıram.

Uğurlarınız bol, yolunuz daim açıq olsun!

Hörmətlə: Tural Kəlbəcərli


102-ci qəzet in və 102info.az xəbər portalının baş redaktoru

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir