Əliyev Hüseyn Xəyal oğlu — gənc və perspektivli idmançı, 04 oktyabr 2010-cu il tarixində Sabirabad rayonunun Qaragüney kəndində anadan olmuşdur. Hazırda Bakı şəhəri Sabunçu rayonu, Məştağa qəsəbəsində yaşayır. Təhsilini Əliyağa Vahid adına tam orta məktəbin 8-ci “ç” sinfində davam etdirir.
Hüseyn idmana olan böyük marağı və əzmkarlığı ilə qısa müddət ərzində bir sıra uğurlara imza atmışdır. O, “Əhmədli” idman klubunun yetirməsi kimi 24 kq çəki dərəcəsində III yerə layiq görülmüşdür. Vətən müharibəsi şəhidi Xəlil Hüseyn Rəsul oğlunun əziz xatirəsinə həsr olunmuş açıq birincilikdə isə 27 kq çəki dərəcəsində I yerin qalibi olmuşdur. Bununla yanaşı, Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş Sambo üzrə Xəzər rayonu açıq birinciliyində 28 kq çəki dərəcəsində də I yerə çıxmağı bacarmışdır.
Bayraq Gününə həsr olunmuş Sambo üzrə turnirdə 30 kq çəki dərəcəsində I yerə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş Qusar OİK tərəfindən təşkil edilən cüdo üzrə açıq birincilikdə isə III yerə layiq görülmüşdür. Eyni zamanda, “Təhsil” RİM-nin Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi tərəfindən təşkil olunan birincilikdə 34 kq çəki dərəcəsində III yerin sahibi olmuşdur.
Hüseyn Abşeron İdman Klubunun keçirdiyi açıq birinciliklərdə 34 kq çəki dərəcəsində həm II, həm də I yerə yüksəlmiş, “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş cüdo üzrə yarışda da II yerə layiq görülmüşdür. Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən “Aslan” İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən cüdo turnirində də qızıl medal qazanmışdır.
Bundan əlavə, Abşeron İdman Klubunun kiçik yaşlı yeniyetmələr arasında keçirdiyi açıq cüdo turnirində 34 kq çəki dərəcəsində II, Bakı şəhər birinciliyində isə Sambo üzrə 32 kq çəki dərəcəsində III yerin sahibi olmuşdur. Yeniyetmələr arasında keçirilən digər turnirlərdə də uğurlarını davam etdirən Hüseyn 34 kq və 38 kq çəki dərəcələrində II və III yerləri qazanmışdır.
Qeyd etmək lazımdır ki, Hüseyn Əliyev cüdo üzrə öz yaş kateqoriyasında daim inkişaf edən və fərqlənən idmançılardan biridir. O, Dostluq Turnirində 42 kq çəki dərəcəsində II, “Güvən” İdman Klubunun birinciliyində isə 46 kq çəki dərəcəsində I yerin qalibi olmuşdur.
Ən önəmli uğurlarından biri isə Beynəlxalq dərəcəli idman ustası Kamran Məmmədovun şərəfinə təşkil olunmuş və U-15 kateqoriyasına aid olan Qusar rayonunda keçirilən açıq turnirdə əldə etdiyi qələbədir. Hüseyn bu yarışda 42 kq çəki dərəcəsində I yerə layiq görülmüşdür.
Onun cüdo üzrə müəllimləri — Heydər Quliyev və Tural Mirzağayev — gənc idmançının inkişafında xüsusi rol oynamış və ona daim dəstək olmuşlar. Hüseyn Əliyev öz yaşıdları arasında cəsarəti, nizam-intizamı və yüksək idman ruhu ilə seçilir. Gələcəkdə daha böyük uğurlar qazanacağına şübhə yoxdur.
Bu uğurlar Hüseynin zəhmətkeşliyi və məqsədyönlü fəaliyyəti ilə yanaşı, onu dəstəkləyən ailəsinin və müəllimlərinin fədakar zəhməti nəticəsində mümkün olmuşdur. Hüseyn həm təhsildə, həm də idmanda uğurla irəliləyən, ölkəmizin idman gələcəyinə töhfə verəcək istedadlı gənclərdən biridir.
















102info.az
