Baş Dövlət Yol Polisi İdarəsindən xəbərdarlıq: Küləkli hava fəsadlara yol aça bilər

Daxili İşlər Nazirliyi Mətbuat xidməti Yol patrul xidməti

Sinoptiklərin məlumatına əsasən, hazırda ölkə ərazisində külək və yağışla müşahidə olunan əlverişsiz hava şəraiti aprelin 12-dək davam edəcək.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, qaydalara ciddi riayət etməyi xahiş edir.

Sürücülərə yağışlı və küləkli havalarda sürət həddini hava şəraitinə uyğun seçmək, qəfil manevr və ya kəskin tormazlamadan çəkinmək, zərurət olmadan ötmə əməliyyatı aparmamaq tövsiyə olunur. Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri isə küləkli havada daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Nəqliyyat vasitələri sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edilərkən qapalı məkanlara üstünlük verilməlidir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir