Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı rayon sakinləri Taleh Heydərov və Sərvər Nemətov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq tədbirləri davam etdirilir. Hüquq-mühafizə orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirərək bu cür halların qarşısını almaq məqsədilə nəzarəti daha da artırıb.
102info.az
