Xaçmazda əməliyyatlar zamanı iki nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, rayon sakinləri Kamal Hacıyev və Əlixan İsmayılov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 3 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir