Xaçmazda Polis Akademiyasına qəbulla bağlı görüşlər keçirilib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Dekabrın 2-6-sı tarixlərində Xaçmazda DİN-in Polis Akademiyasının nümayəndəsi və Xaçmaz RPŞ-nin əməkdaşının iştirakı ilə IX-XI sinif şagirdləri ilə “Gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi” məqsədi ilə görüşlər keçirilib. Görüşdə şagirdlərə Polis Akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verilib. Həmçinin gənclərə gələcəkdə dövlətinə və vətəninə sadiq olmaq və sağlam ruhda böyümək üçün müəyyən tövsiyyələr verilib.

Sonda şagirdlərin sualları cavablandırılıb və iştirakçılara Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən qısametrajlı tanıtım videoçarxı göstərilib.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir