Masallıda mal-qara oğurlayan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 102info.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində otlaq sahəsindən 22 baş xırdabuynuzlu heyvanı oğurlayan əvvəllər məhkum olunmuş Vaqif Məlikov saxlanılıb.

Araşdırmalar zamanı onun daha 3 nəfərin iri və xırdabuynuzlu heyvanlarını oğurladığı müəyyən edilib. V.Məlikov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir