Göyçayda vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar götürülüb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Göyçayda vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar götürülüb.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçiriblər.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan 102info.az-a verilən məlumata görə, əməliyyat yolu ilə rayon sakinlərindən 2 ədəd tüfəng aşkarlanıb. Aparılan profilaktik tədbirlər nəticəsində isə 1 tapança və 7 ədəd sənədləri olmayan tüfəngi vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir