Ağcabədidə qanunsuz balıq ovuna qarşı tədbir keçirilib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Ağcabədidə qanunsuz balıq ovuna qarşı tədbir keçirilib.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Qarabağ kanalının rayon ərazisindən keçən hissəsində Y.Əhmədovun qeyri-qanuni balıq ovu ilə məşğul olduğu müəyyən edilib. Ondan 1 rezin qayıq, 2 avar, 2 tor, 1 akkumlyator və ovladığı müxtəlif növdə balıqlar aşkarlanıb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir