Qəbələdə çətənə kolu yetişdirən şəxs tutulub

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Qəbələdə çətənə kolu yetişdirən şəxs tutulub.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 45 yaşlı Nadir Ağayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 102info.az-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 18 ədəd çətənə kolu aşkar edilib. N.Ağayev narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərdiyini bildirib.
Məhkəmənin qərarı ilə N.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir