Ağdamda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Ağdamda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 102info.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində çətənə bitkisinin kultivasiyasını təşkil etməkdə şübhəli bilinən rayon sakini Elvin Hüseynov saxlanılıb. Onun həyətyanı sahəsində aparılan axtarış zamanı dibçəklərdə aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 17 ədəd çətənə bitkisi və eləcə də, marixuana aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir