Rusiyanın Soçi şəhərində “hava döyüşü”: “Rədd ol, Ermənistana get!” – VİDEO

Dünya




Rusiyanın Soçi şəhərində “hava döyüşü” olub.

Belə ki, binada yanbayan yaşayan iki qonşu elə balkondaca bir-biri ilə dalaşıb. Dava zamanı qonşular bir-birilərini söyüblər və məişət əşyaları ilə vurmağa çalışıblar.

Qonşulardan biri digərinə israrla “Ermənistana rədd olub getməyi” tövsiyə edib.

“Rədd ol, Ermənistana get!” – deyə o, qonşusunu döşəməsilənlə vuraraq qışqırıb.

Qonşular bir-birinə qarşı “silah” olaraq döşəməsilən, zibil qabı, xəkəndaz və həmçinin gözyaşardıcı qazdan istifadə ediblər.

Sonda kimin “qələbə” qazandığı isə məlum deyil.

Mənbə: “Baza” “Telegram”

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir