Çempionlar Liqası: İlk finalçı müəyyənləşdi

Dünya




UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk cavab oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, PSJ Fransa paytaxtında Dortmund “Borussiya”sını qəbul edib.

Səfərdə 1:0 hesabı ilə məğlub olan Paris klubu bu dəfə də doğma meydanda öz azarkeşləri önündə eyni aqibətlə üzləşib.

Oyunda yeganə qolu 50-ci dəqiqədə Hummels vuraraq almanları finala çıxarıb – 0:1 (0:2).

Qeyd edək ki, mayın 8-də baş tutacaq digər yarımfinal qarşılaşmasında “Real Madrid” “Bavariya”nı qəbul edəcək. Komandaların ilk görüşü 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir