Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ – FOTO

Kriminal




“Badamdar Hotel” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus “Badamdar Hotel & Residences”də külli miqdarda mənimsəmə faktı qeydə alınıb. 

“Qaynarinfo”nun məlumatına görə, hadisədə günahlandırılan Dünyamalı İntizam oğlu Qarayev barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə cinayət işi açılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, “Badamdar Estates” MMC-nin qanuni təmsilçisi Anar Əhmədiyə oğlu İbrahimovdur. MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 23876.42 manat vergi borcu var. Anar İbrahimov Azərbaycanda ən məşhur hotellərin baş meneceridir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir