Argentinada iki qatar toqquşdu: Onlarla yaralı var – VİDEO

Dünya




Argentinanın paytaxtı Buenos-Ayresdə sərnişin qatarı yük qatarı ilə toqquşub.

Bu barədə yerli TN telekanalı məlumat verib.

Bildirilib ki, toqquşma dəmiryolu keçidində baş verib.

Şəhərin meri Xorxe Matri hadisə nəticəsində azı 60 nəfərin xəsarət aldığını bildirib. Yaralıların yarısı xəstəxanaya yerləşdirilib.

“40 dəqiqədən biraz çox zaman ərzində biz bütün yaralıları təxliyə edə bildik. İki yaralı helikopterlə gətirilib”, – deyə o qeyd edib.

Hazırda xilasedicilər yaralıların təxliyəsini davam etdirirlər.  

 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir