Kamran Əliyev: “Crocus City Hall”da dəhşətli terror aktı bizi sarsıdıb”

Dünya

“Moskvada “Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıdıb”.

APA xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının vəzifəli şəxslərinin “Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları” mövzusunda beştərəfli görüşü zamanı deyib.

Baş prokuror bu terror aktını şiddətlə qınadığını, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə, yaxınlarına səbir, yaralananlara isə tezliklə şəfa diləyib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir