Göygöldə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 102info.aza  verilən məlumata görə, rayon sakini Arif Apoyev rayon ərazisindəki inzibati binalardan birinə daxil olaraq oradan dəyəri 1000 manat olam kompyuter avadanlıqlarını oğurlayıb. Saxlanılan şəxsin əvvəl də anoloji cinayət törətməsi məlum olub.
Bundan başqa polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini İlkin Əliyev də saxlanılıb. Ev sahibinin toyda olmasından istiadə edən İ.Əliyevin mənzildən 1500 manat oğurladığl məlum olub.
Şübhəli şəxslər istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir