Bakıda avtomobil yük maşınına çırpılıb: Xəsarət alan var

Cəmiyyət
Spread the love




Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, “Toyota” markalı minik avtomobili yolda dayanan “Shacman” markalı yük avtomobilinə çırpılıb. Nəticədə bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

FHN-in Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan şəxsi deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir