
Şəki polisi təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü, Şəki Təhsil Sektorunun təşkilatçılığı ilə “Gənclər narkomaniyaya yox deyir”, “Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur”, “Erkən nikah və onun fəsadları”, “Yetkinlik yaşına çatmayanlar, sürücülük hüququ olmayanlar tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinin yol verilməzliyi və yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında təhsil müəssisələrində maarifləndirici tədbirlər davam etdirilir.
Növbəti tədbir, bu gün (07 mart 2024-cü il) Şəki rayonu Nurpaşa Hümmətov adına Oxud kənd tam orta məktəbin yuxarı sinif şagirdləri ilə keçirilib.Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi polis baş leytenantı Tural Niftalıyev, Şöbənin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Qrupunun inspektoru, Ələkbər İbrahimov, sahə rəisi Səlim Səlimov məktəbin direktor əvəzi Arzu İbrahimova eləcə də məktəbin digər müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Qeyd olunan mövzularla bağlı çıxışlar edilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Məktəbin əməkdar müəllimi Leyla Cəbrayılova çıxış edərək xüsusilə Oxud kəndi ərazisi üçün “Yetkinlik yaşına çatmayanlar, sürücülük hüququ olmayanlar tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinin yol verilməzliyi və yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzusunun aktual olduğunu qeyd edərək bu mövzular ətrafında geniş məlumat verdiyi üçün Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevə təşəkkür edib.
Tədbirin yekununda Şəki rayonu Nurpaşa Hümmətov adına Oxud kənd tam orta məktəbinin direktor əvəzi Arzu İbrahimova maarifləndirici tədbirin keçirilməsinə görə hüquq mühafizə orqanlarının əməkdaşlarına məktəb kollektivi adından minnətdarlığını bildirib.






www.102info.az
