Təhsil Tələbə krediti Fonduna qeydiyyat başlanıb

Cəmiyyət
Spread the love


2023-2024-cü tədris ilinin ikinci semestri üçün təhsil tələbə kreditinə (TTK) qeydiyyat başlanıb.

Bu barədə Təhsil Tələbə Krediti Fondu məlumat yayıb. 

Bildirilib ki, təhsil krediti almaq istəyən tələbələr öncədən aldıqları notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi ilə fonda elektron müraciət edə bilər.
 
Birinci semestr üçün alınan notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi ikinci semestr üçün də keçərlidir. Tədris ilinin son gününədək müraciətlər qəbul edilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir