ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb”

Cəmiyyət


“Ötən ilin əvvəlində günlük 24 min sərnişin daşındığı halda, bu rəqəm indi 30 mindən çoxdur”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Xocalı abidəsini ziyarət zamanı jurnalistlərə açıqlamasında deyib.

O, Sumqayıt və Bakı arasında dəmir yolunda kifayət qədər sərnişin sıxlığı olduğunu deyib:

“Qatarların gecikməsi dünyanın hər yerində baş verir. Soyuq hava da belə hallara rast gəlinə bilər. Əsas səbəb dəmiryol infrastrukturun çox köhnə olmasıdır. Təmirə ehtiyac var. Yenidən qurulması planlaşdırılır”.

Nəzrin Vahid

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir