Azərbaycanda işdən çıxarılan generalın yerinə oğlu təyin edildi – FOTO

Cəmiyyət
Spread the love


İşdən azad edilmiş Müdafiə Nazirliyinin Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti general-mayor Yusif Axundzadənin yerinə təyinat olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, generalı bu postda oğlu, Əməkdar incəsənət xadimi, polkovnik Rüfət Axundzadə əvəz edib.

R.Axundzadə bu təyinatadək Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin rəisi idi.

Qeyd edək ki, ölkədə hərbi orkestr məktəbini yaradan Yusif Axundzadə Prezidentin fərdi təqaüdçüsüdür. Silahlı Qüvvələrin Hərbi Orkestr Xidmətində ilk ali hərbi rütbəyə yüksələn general Axundzadə, həmçinin, 2021-ci ildə keçirilən Zəfər paradının marşını yazan dirijordur.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir