Laçın Rayon Polis Şöbəsinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Laçın şəhərində və Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yaşayan şəhid ailələrini ziyarət ediblər.

Ziyarət zamanı polis əməkdaşları ailələri bayram münasibəti ilə təbrik edib, onların qayğıları ilə maraqlanıblar, bayram sovqatlarını təqdim ediblər. Qəhrəmanlıq salnamələri yazan mərd döyüşçülərin əziz xatirələri yad edilib, şəhidlərimizin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı qeyd olunub. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə polis əməkdaşlarına razılıqlarını bildiriblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir