DİN nümayəndələri Sabirabadda gənclərlə görüşdülər – VİDEO/FOTOLAR

Daxili İşlər Nazirliyi Sosial Tədbirlər

Dekabrın 18-də Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə Nazirliyin nümayəndələri Sabirabad rayonunun “Gənclər Evi”ndə IX-X və XI sinif şagirdləri, kollec tələbələri və hərbi xidmətdən tərxis olunan gənclərlə görüş keçiriblər.

Onlara polisin tarixi, daxili işlər orqanlarına xidmətə qəbul qaydaları, həmçinin DİN sistemində təhsil almaq imkanları barədə ətraflı məlumat verilib.

Daxili işlər orqanlarının ölkəmizdə təmin etdiyi etibarlı sabitlik, müstəqillik tariximizin ən mühüm nailiyyətlərindən biri kimi qeyd edilib, bu taleyüklü xidmətdə hər bir sağlam gəncin iştirak etmək, polisin şərəfli tarixinə öz adını yazmaq imkanının olduğu vurğulanıb. Eyni zamanda, qəbulla bağlı zəruri məlumatlar iştirakçıların nəzərinə çatdırılaraq, onları maraqlandıran suallar cavablandırılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir