Narkomaniya və onun fəsadlarının qarşısının alınması, yeniyetmə və gənclərin “ağ ölüm”ün zərərləri barədə məlumatlandırılması istiqamətində Balakən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Şambul kənd tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elxan Zamanov narkotik vasitələrin və psixotrop maddələrin cəmiyyət, insan sağlamlığı üçün yaratdığı problemlərdən, səbəb olduğu faciələrdən danışıb. Bu bəla ilə mübarizədə həyata keçirilən maarifləndirmə işlərinin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Daha sonra diskussiya şəklində davam edən tədbirdə suallar cavablandırılıb, məktəblilərin mövzu ilə bağlı fikirləri dinlənilib.

www.102info.az
