Ağdaş sakini odlu silahı könüllü təhvil verib, Göyçay sakinlərindən isə qanunsuz saxladıqları ov tüfəngləri götürülüb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Ağdaş sakini odlu silahı könüllü təhvil verib, Göyçay sakinlərindən isə qanunsuz saxladıqları ov tüfəngləri götürülüb.
Ağdaş və Göyçay Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi istiqamətində əməliyyat-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan 102info.az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri zamanı Göyçay rayon sakinlərindən 3 ədəd müvafiq sənədləri olmayan tüfəng aşkar edilərək götürülüb.
Ağdaş rayon sakini isə qanunsuz olaraq saxladığı ov tüfəngini könüllü olaraq polis şöbəsinin əməkdaşlarına təhvil verib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir