Qusar polisi sənədsiz silah-sursat aşkarlayıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 102info.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ədəd müxtəlif markalı sənədsiz ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində 1 ədəd “AK-74” markalı avtomat, eləcə də 1 ədəd həmin silaha məxsus patron darağı və 30 ədəd güllə aşkar ediblər.

Faktlar üzrə Qusar RPŞ-də müvafiq araşdırmalar aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir