DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 6 ədəd müxtəlif növ tüfəng və onlara məxsus patronlar, 1 ədəd “AK-74” markalı avtomat, eləcə də 1 ədəd həmin silaha məxsus patron darağı təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Bundan başqa polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində müxtəlif markalı 4 ədəd qumbara, 3 ədəd qumbara alışdırıcısı, 4 ədəd patron darağı və 92 ədəd güllə aşkar ediblər.
Faktlar üzrə Quba RPŞ-də müvafiq araşdırmalar aparılır.


www.102info.az
