Goranboyda qanunsuz torpaq daşınması faktı aşkarlanıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yer təkinin istifadə qaydalarının pozulmasına qarşı monitorinq tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan 102info.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional idarəsinin əməkdaşlarının birgə keçirdikləri sonuncu reyd zamanı rayonun Veysli kəndi ərazisində qanunsuz olaraq Kamaz markalı yük avtomobili ilə torpaq daşınması aşkarlanıb. Faktla bağlı 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci ( İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə protokol tərtib olunub. Araşdırmalar davam etdirilir

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir