Qəbələ Polisi Azər Şəfiyevi şübhəli şəxs qismində saxlayıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Qəbələdə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyat keçirilib
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan 102info.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər də narkotik vasitələrin saxlanılması və kultivasiyası ilə məşğul olduğu üçün məhkum olunmuş rayon sakini Azər Şəfiyev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindəki sellofan torbadan 400 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayət xarakterli hadisələrin qarşısının alınması istiqamətində də tədbirlər keçirilib. Keçirilən tədbirlər zamanı Vüqar Vəliyevdən müvafiq icazəsi olmadan saxladığı 2 ov tüfəngi və 47 ədəd patron aşkarlanıb.
Faktlarla bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir