Qəbələdə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Cəmiyyət


Qəbələ rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, VAZ 2106 və VAZ 21011 markalı avtomobillərin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsində olan beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir