Goranboyda 3 tona yaxın yabanı halda bitən çətənə kolları məhv edilib

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Goranboyda 3 tona yaxın yabanı halda bitən çətənə kolları məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Zeyvə kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Ümumi çəkisi 2 ton 482 kiloqram olan, 4850 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir