Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər şöbəsinin rəisi polkovnik-leytenant Nazim Çələbiyev , Gənçə şəhər İçra Hakimiyyətinin Hacıkənd İcra nümayəndəsinin müavini Nətavan Məmmədova və Mingəçevir şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserin baş həkimi Şəmsinur Hüseynova Göygöl rayonunun Üçtəpə kəndində şəhid Tağıyev Eşqin Asif oğlunu, Gənçə şəhərində şəhid Həmzəyev Şəhriyar Elman oğlunun, Samux rayonunun Qarayeri Bəylərov Seymur Səlyəddin oğlunun, Yevlax rayonunun Nurallar kəndində Həsənli Seymur Qələndər oğlunun və Mingəçevir şəhərində şəhid Muxtarov Taleh Həşim oğlunun Novruz bayramı münasibətilə ailələrin ziyarət edib, bayramların təbrik edib və bayram sovqatları çatırmışlar. Şöbə rəisi polkovnik-leytenant Nazim Çələbiyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsindəki tarixi zəfərimizdən bəhs edilib, rəşadətli ordumuzun qəhrəmanlığından Dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb və hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirib.
Şəhidlərimizin əziz xatirəsi əbədi olaraq xalqımızın yaddaşına həkk olunduğu vurğulayıb qələbəmizin təmin olunmasındakı fədakarlıqlarının ən yüksək səviyyədə dəyərləndirildiyi qeyd edib.
Şəhidlərin ailə üzvüləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığlarını ifadə etmişdilər.














www.102info.az
