ŞƏKİ POLİSİ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR

Azərbaycan Polisi Tədbirlər

ŞƏKİ POLİSİ MƏKTƏBLƏRDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR.
Şəki Şəhər Rayon Polis Şöbəsinin təşəbbüsü, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Şəki şəhər 2 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
Tədbirdə, Polis Şöbəsinin əməkdaşları Səlim Səlimov, Kənan Qurbanov və Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru məktəblilərin sevimlisi Tural Niftalıyev çıxış edərək, “Narkotikə yox deyək,narkomaniya ümumbəşəri bəladır” , “Erkən nikah və onun sonrakı fəsadları”, ” Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzularında məktəbin yuxarı sinif şagirdlərini maarifləndirib,onları maraqlandıran sualları cavablandırıblar. Tədbirin yekununda, məktəbin direktoru Tamella Mustafayeva belə maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək polis əməkdaşlarına minnətdarlığını bildirib 02.02.2023

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir