Mingəçevir şəhər 7 saylı tam orta məktəbdə narkomaniyanın zərərləri ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən şəhər polis şöbəsinin rəisi Ədalət Əliyev tədbirin keçirilməsinin əhəmiyyətindən və ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən söz açıb. Polis polkovniki “ağ ölüm”ün cəmiyyətdə yaratdığı fəsadlar, insanların sağlamlığına vurduğu zərərlər barədə məktəblilərə ətraflı məlumat verib.
Həmçinin, digər çıxış edənlər də narkomaniyanın acı nəticələrindən danışıb, gələcəyimizin sağlam formalaşması üçün yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və videoçarxlar nümayiş olunub.



www.102info.az
