DYP paytaxt sakinləri və sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyi Yol patrul xidməti

Bakı Şəhəri Dövlət Yol Polisi (DYP) idarəsinin bölmə rəisi, polis mayoru Araz Əsgərli paytaxt sakinləri və sürücülərə müraciət edib.

1-3 mart 2023-cü ildə Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulub.

Bakı Konqres Mərkəzində keçiriləcək tədbirdə iştirak edən qonaqların əsas hərəkət marşurutları paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək. Beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə başa çatması üçün paytaxt sakinlərindən və sürücülərdən mərkəz istiqamətinə səfərlərini əsasən ictimai nəqliyyata üstünlük verərək icra etməyi, bu müddət ərzində şəxsi avtomobillərdən az istifadə etməyi xahiş edirik. Mərkəzə daxil olan nəqliyyat axının fasiləsiz idarə olunması məqsədilə paytaxtın cənub girişindən mərkəzə doğru əsasən Lökbatan dairəsindən kənar dairəvi yolla hərəkətə üstünlük verməklə hərəkət etməyi Zərifə Əliyeyeva, Neftçilər prospekti, İstiqlaliyyət və Yusif Səfərov istiqamətində mərkəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətini yükləməməyi xahiş edirik.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir