Kəmaləddin Heydərov İsmayıllıda vətəndaşları qəbul etdi

Sosial

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanvarın 5-də İsmayıllı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında İsmayıllı və Ağsu rayonlarının sakinlərinin qəbulunu keçirib.

102info.az “Qafqazinfo”a istinadən xəbər verir ki, nazir K.Heydərov Mərkəzin həyətində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən İsmayıllı və Ağsu rayonlarının sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir