Yeni Ələt dəmiryolu stansiyasında vaqonların metal hissələrini oğurlamaq istəyən şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyi Kriminal
Spread the love

Yeni Ələt dəmiryolu stansiyasında vaqonların metal hissələrini oğurlamaq istəyən şəxslər saxlanılıblar

Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən stansiyada park edilmiş vaqonların metal hissələrini oğurlayan şəxslər saxlanılıblar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Nazim Nəzirov və Rəşad Məmmədov saxlanılaraq istintaqa təqdim ediliblər. Onlardan oğurluq yolla əldə etdikləri 320 kiloqram metal parçalar aşkar edilib.
Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsində istintaq tədbirləri davam etdirilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir