Bakı-Qazax yolununun 114-cü km-də yol-nəqliyyat hadisəsi qeydə alınıb

Daxili İşlər Nazirliyi

Bugun saat 17:30 radələrində
Bakı-Qazax yolununun 114-cü km-də yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bildiririk ki, “Mercedes Benz” markalı 90-BL-403 dövlət nömrə nişanlı sərnişin avtobusu Bakı istiqamətinə hərəkət edərkən köməkçi yoldan əsas yola çıxan 10-ZH-449 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində bir nəfər sərnişin yüngül xəsarət alıb. Ölən və ağır xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Hadisə yerinə dərhal DYP əməkdaşları cəlb edilib. Sözügedən yolda nəqliyyatın hərəkəti tənzimlənib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir