Respublika və Beynəlxalq Müsabiqələr qalibi, məşhur kamança ifaçısı Pərviz Fərhadov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən Ulu Öndər Heydər Əliyevə həsr olunmuş ilk instrumental ” İthaf adlı” solo klipini tamaşaçılarla bölüşüb. Ifaçı Ithaf adlı kompazisiyasinda bəstəkarlar Kamalın, Müslüm Maqomayevin, Sevil Əliyevanın musiqisinə istinad etmişdir.
Pərviz Fərhadov ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda keçirilən Litva, Ukrayna,Ulan Ude Buryatia, Türkiyə,Rusiya, İran, Macarıstan,Naxçıvan,Tacikistan, Özbəkistan, Qazaxıstan, Latviyada dövlət əhəmiyyətli tədbirlərdə və Beynəlxalq festivallarda dəfələrlə Azərbaycanı təmsil edib.
Türksoy Beynəlxalq Türk Mədəniyyəti Orkestrin Solistidir,
Qeyd Edirəm ki, Pərviz Fərhadov Azərbaycan Milli Konservatoriyasının bakalavr, Azərbaycan Dövlət Incəsənət Universitetinin magistr məzunudur.Hal-hazirda Azərbaycan Milli Konservatoriyasının Müəllimi vəzifəsində çalışır.

www.102info.az
