Milli Məclisin deputatı Aqil Məmmədov bu yaxınlarda Tərtər istiqamətində minaya düşərək ağır bədən xəsarətləri almış, qazi Əlizadə Samir Buruz oğlunu Tərtər rayonda ziyarət edib.
Məlumat üçün bildirək ki, Əlazadə Samir Buruz oğlu əsəln Kəlbəcər rayon Ağdaban kənd sakinidir. O, 2016-ci ildə Aprel döyüşlərinin iştirakçısı olub. Xidməti vəzifəsini yerinə yetrərkən Füzuli istiqamətlərində gedən döyüşdə qəlpə yarası alaraq yaralanıb. Qəlpələr ürək nahiyəsinə yaxın yerdə olduğu üçün bədənindən çıxartmaq mümkün olmamışdır.
Aqil Məmmədov qazimizin evində olarkən, onun sağlamlıq durumu, ailə-məişət qayğıları ilə maraqlanıb, istəklərini dinləyəyib.Yaralı qazi öz problemlərini dilə gətirərək protez ayaqların, əlil arabasının verilməsi və gözünün əməlyyatı ilə bağlı xahişini bildirib. Millət Vəkili hər iki ayağından amputasiya olan qazini narahat edən bəzi məsələlər ilə bağlı yerindəcə adiyyatı qurumlara müraciət edib və bəzi müraciətlər öz müsbət həllini tapıb. Aqil Məmədov qazimizə bildirib ki, onu narahat edən məsələlər diqqət mərkəzində saxlanacaq və öz həllinin tapmasında köməkdarlıq göstərləcək.
Görüş zamanı Millət Vəkili ölkə rəhbərliyinin şəhid və qazi ailələrini daim diqqətdə saxlaması, onların fədakarlıqlarının qarşılıqsız qalmaması barədə ətraflı danışılıb.
www.102info.az
