Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib

Daxili İşlər Nazirliyi

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Cabir Əmirov saxlanılıb. Aparılan şəxsi axtarış zamanı onun əlindəki sellofan torbadan 2 kiloqrama yaxın marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir