Milli Məclisin deputatı Anar Məmmədov rayonun Qarasuçu kəndindən Vətən müharibəsi şəhidi Lətif Məmmədovun atası Faiq Məmmədovu səhhəti ilə bağlı evində ziyarət edib, şəhid ailəsinin sosial qayğıları ilə maraqlanıb. Ziyarətdə rayon ağsaqqalları və ziyalıları da iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, ziyarətdə iştirak edən Anar Məmmədov şəhid ailələrinin və qazilərin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən daim xüsusi diqqətdə saxlanıldığını, qədirbilən Azərbaycan xalqı tərəfindən şəhidlərin xatirəsinin əziz tutulduğunu bildiriblər.
Qeyd edək ki, şəhid atası bir müddət əvvəl səhhəti ilə bağlı Gəncə şəhəri Beynəlxalq Xəstəxanasında müalicə alıb.



www.102info.az
