Şəhid Elnur Rüstəmovun üç mərasimi keçirilib

Baş səhifə

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhidlik zirvəsinə ucalan Elnur Rüstəmovun üç mərasimi keçirilib.
Əbilyataq kəndində təşkil edilən mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimayyət nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhidimizin ailəsinə başsağlığı verərək, Vətən uğrunda canından keçən oğullarımıza Allahdan rəhmət diləyib. Bütün şəhidlərimiz kimi, Elnur Rüstəmovunda daim qəlblərdə yaşayacağını bildirib. İcra başçısı qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən uğrunda canından keçən şəhidlərimizin qanı yerdə qalmayıb.
Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Faid Rüstəmov qüdrətli dövlətimizə və güclü ordumuza güvəndiyini bildirib. Şəhid atası göstərilən diqqət və qayğıya görə Prezident Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqını ifadə edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir