Nizami rayonunda səyyar görüşlər keçirildi – Fotolar

Sosial

Nizami Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən avqust ayında növbəti səyyar görüşlər keçirilib.

102info.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, Nizami rayon sakinlərinə yaxın olmaq, onların problemlərini özlərindən eşitmək və yerindəcə aradan qaldırmaq məqsədilə avqustda Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun dörd səyyar görüşü keçirilib.

Keçirilən qəbullarda RİH başçısı aparatının məsul əməkdaşları və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Qəbullarda rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, bir sıra müraciətdə əksini tapan məsələlər yerindəcə həll edilib, vətəndaşları narahat edən digər məsələlərlə bağlı verilən suallar isə ətraflı cavablandırılıb.

İcra başçısı həlli əlavə araşdırma tələb edən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb. “Açıq mikrofon” formatında, maraqlı dialoq şəklində və sakinlərin böyük fəallığı ilə keçən görüşlərdə çıxış edən rayon sakinləri, əvvəlki səyyar görüşlərdə qaldırılan problemlərin müsbət həllindən razılıq ediblər. Eyni zamanda onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir