Paytaxt yollarındakı son vəziyyət necədir? – AÇIQLAMA

Cəmiyyət

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən verilən məlumata görə, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şosesi – Masazır dairəsindən başlayaraq “20 Yanvar” dairəsinə qədər sıxlıq;

2. Ziya Bünyadov prospekti – Bakı Olimpiya Stadionu yanından başlayaraq Atatürk prospektilə kəsişməyə qədər “20 Yanvar” dairəsi istiqamətində sıxlıq;

3. Yusif Səfərov küçəsi Mehdi Mehdizadə küçəsi kəsişməsi daxil olmaqla, “Koroğlu” metro stansiyası istiqamətində və Sevgi Parkı qarşısından başlayaraq 28 may küçəsi kəsişməsinə kimi sıxlıq;

4. 28 may küçəsi – Rixard Zorge küçəsi kəsişməsi daxil olmaqla Rəşid Behbudov küçəsi kəsişməsinə kimi sıxlıq;

5. Heydər Əliyev prospekti – “Koroğlu” metro stansiyasının qarşısı daxil olmaqla kənar yol “Asan xidmət”in qarşısına kimi sıxlıq;

6. Xətai prospekti – Neymət Quliyev küçəsi kəsişməsi daxil olmaqla Heydər Əliyev prospekti kəsişməsinə kimi, “Koroğlu” metro stansiyası istiqaməti sıxlıq;

7. Abdulvahab Salamzadə küçəsi – “Qələbə” dairəsindən başlayaraq Ziya Bünyadov prospekti kəsişməsinə kimi sıxlıq;

8. Tbilisi prospekti – “20 Yanvar” dairəsi, körpü üzərindən başlayaraq Abdulvahab Salamzadə küçəsi kəsişməsinə kimi sıxlıq.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir