Bərdə rayonunda nənə xəstə nəvəsini bazarda diləndirib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, qadın xəstə nəvəsini bazara aparmaqla diləndirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı məlumatlıdırlar:
“Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır”.
İlhamə Əbülfət
www.102info.az
